Gerb

06 fevral 2013, 15:05

Hörmətli cənab Prezident!

31 Yanvar 2013-cü il tarixində Azərbaycan Respublikasında gömrük işinin inkişaf etdirilməsində xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətlərinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin bir qrup əməkdaşının, o cümlədən mənim təltif edilməyim haqqında Sərəncam imzalamısınız. “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməyimi Sizin tərəfinizdən mənə göstərilən böyük dəyər kimi qiymətləndirirəm. Buna görə Sizə dərin minnətdarlığımı bildirir, hər zaman Sizin daxili və xarici siyasətinizi dəstəkləyəcəyimə, ulu öndər Heydər Əliyevin ideyalarına sadiq qalacağıma və vətənimə hər zaman sədaqətlə xidmət edəcəyimə söz verirəm.

Dərin hörmətlə,

Xəzər İsayev.

Azərbaycan Respublikası, Bakı şəhəri.