|
06 fevral 2013, 20:30
“Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli 218 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli 218 nömrəli Fərmanını “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 12 iyun tarixli 378-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram: “Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli 218 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 2, maddə 82) aşağıdakı dəyişikliklər edilsin: 1. Fərmanın adında, 1-ci və 2-ci hissələrində “ərazi vahidlərinin və inzibati ərazi dairələrinin” sözləri “ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin” sözləri ilə əvəz edilsin. 2. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”nda:
2.1. Qaydanın adında və mətnində (4.2-ci və 8.3-cü bəndlər istisna olmaqla) ismin müvafiq hallarında “ərazi vahidi və inzibati ərazi dairəsi” sözləri “ərazi vahidi, inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi” sözləri ilə, “ərazi vahidləri və inzibati ərazi dairələri” sözləri “ərazi vahidləri, inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri” sözləri ilə əvəz edilsin; “4.2. Ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin sərhədlərinin koordinatlarının müəyyən edilməsi, çöl tədqiqat və mərzçəkmə işlərinin yerinə yetirilməsi DTXK-nın ərazi vahidinin, inzibati ərazi dairəsinin və sahə inzibati ərazi dairəsinin yerləşdiyi rayon, şəhər şöbəsi nümayəndəsinin, xəritəsi hazırlanmalı inzibati ərazi dairəsi (şəhər, qəsəbə, kənd ərazi vahidinə münasibətdə - onun daxil olduğu inzibati ərazi dairəsi) və ya sahə inzibati ərazi dairəsi üzrə, eləcə də onun həmsərhəd olduğu digər inzibati ərazi dairəsi və (və ya) sahə inzibati ərazi dairəsi üzrə müvafiq rayon, şəhər və ya şəhər rayonu icra hakimiyyəti başçısının nümayəndəsinin iştirakı ilə DTXK-nın müvafiq struktur bölməsinin mütəxəssisi tərəfindən həyata keçirilir. Ərazi vahidi, inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi digər inzibati ərazi vahidi (rayon, şəhər) ilə həmsərhəd olduqda, həmsərhəd hissəyə aid koordinatların müəyyən edilməsi, çöl tədqiqat və mərzçəkmə işlərinin yerinə yetirilməsi, həmçinin DTXK-nın həmsərhəd rayon, şəhər şöbəsi nümayəndəsinin, habelə həmsərhəd inzibati ərazi dairəsi və ya sahə inzibati ərazi dairəsi üzrə müvafiq rayon, şəhər, şəhər rayonu icra hakimiyyəti başçısının nümayəndəsinin iştirakı ilə, rayon, şəhər və şəhər rayonu inzibati ərazi vahidinin xəritəsi hazırlandığı hallarda isə həmçinin həmsərhəd rayon, şəhər, şəhər rayonu icra hakimiyyəti başçılarının təyin etdikləri şəxslərin iştirakı ilə həyata keçirilir.”;
2.3. 4.7-ci və 8.8-ci bəndlərdə “ərazi vahidləri və” sözləri “ərazi vahidlərinin, inzibati ərazi dairəsinin və sahə” sözləri ilə, 6.1-ci bənddə “ərazi vahidlərinin və” sözləri “ərazi vahidlərinin, inzibati ərazi dairəsinin və sahə” sözləri ilə əvəz edilsin.
İlham Əliyev 06 fevral 2013, 19:35
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 271 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
more...
AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.