Gerb

07 fevral 2013, 13:45

Hörmətli, cənab Prezident!

Biz Qazax rayonu Kosalar kəndinin bir qrup sakini yazıb Sizə bildiririk ki, respublikamızda gördüyünüz işlər, ölkəmizin sürətli inkişafı bizi çox sevindirir. Biz Sizin apardığınız daxili və xarici siyasəti bəyənir və onu daim dəstəkləyirik.

Möhtərəm Prezident, Siz əhalinin sosial rifah halının yaxşılaşdırılması üçün çox işlər görmüsünüz. Sizin bu istiqamətdə imzaladığınız fərmanlarınızdan biri də əhalinin təbii qazla təmin olunmasını nəzərdə tutur. Biz çox sevinirik ki, bizim Kosalar kəndinə də artıq təbii qaz verilmişdir. Odur ki, biz bu məktubu yazmaqla Sizə dərin minnətdarlığımızı bildirir, Sizə möhkəm cansağlığı və gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.

Kosalar kənd sakinləri adından dərin hörmətlə,
Ocaqquliyev Qurban Niyat oğlu
Ocaqquliyev Etibar Qubad oğlu
Ocaqquliyev Səyad İbad oğlu
Bayramov Babək Vəli oğlu
Əliyev Səhrab İslam oğlu
Məmmədov Sabir İsa oğlu
Hüseynov Teymur Mehdi oğlu və başqaları, cəmi: 60 nəfər.

Azərbaycan Respublikası, Qazax rayonu.