Gerb

07 fevral 2013, 16:15

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikası 2008-ci il avqustun 12-də Cenevrə şəhərində imzalanmış “Poçt ödəniş xidmətləri haqqında” Sazişə Azərbaycan Respublikasının ona dair bəyanatı ilə qoşulsun.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 dekabr 2012-ci il.