Gerb

15 sentyabr 2010, 11:33

Hörmətli cənab Prezident!

Sizin “2010/2011-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” 2010-cu il 8 sentyabr tarixli Sərəncamınız məni və yaxınlarımı çox sevindirmiş və tələbələrə verdiyiniz belə yüksək qiymət bizi gələcəkdə daha da yüksək nailiyyətlər əldə etməyə ruhlandırmışdı.

Respublikamızda hər sahəyə olduğu kimi, təhsilə də çox böyük qayğı göstərilir. Bu da bizi çox sevindirir. Hökumətimizin ümummilli lider Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” prinsipini rəhbər tutması gələcəkdə təhsildə daha da böyük uğurların olacağından xəbər verir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan milli təhsil strategiyası bu gün Sizin tərəfinizdən çox böyük uğurla davam etdirilir. Biz də, tələbələr olaraq Sizə bu yolda əlimizdən gələn hər bir dəstəyi verməyə hazırıq. Əməyimizə belə yüksək qiymət verdiyiniz üçün, cənab Prezident, Sizə çox minnətdaram!

Hörmətlə,

Usubov Yusif

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının tələbəsi

Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 9, mənzil 19.