|
08 fevral 2013, 16:20
İlham Əliyevin və Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçin geniş tərkibdə görüşü olmuşdur
təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur. Azərbaycan dövlətinin başçısı İlham ƏLİYEV görüş iştirakçılarına müraciətlə dedi: - Hörmətli cənab Prezident! Hörmətli qonaqlar! Mən sizin hamınızı Azərbaycanda səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Bu Sizin Azərbaycana birinci səfərinizdir və mən əminəm ki, səfərin çox gözəl yekunları olacaqdır. Biz Sizinlə artıq geniş fikir mübadiləsi apardıq və görürük ki, bütün sahələrdə birgə əməkdaşlıq üçün çox gözəl imkanlar vardır. Mən əminəm ki, Sizin səfəriniz bizim siyasi əlaqələrimizi daha da möhkəmləndirəcəkdir. Əlbəttə, bu əlaqələr iqtisadi sahədə əlaqələrin inkişafına güclü təkan verəcəkdir. İqtisadi sahədə artıq birgə fəaliyyət üçün gözəl təcrübəmiz vardır. Əminəm ki, səfər zamanı yeni layihələr haqqında konkret və dəqiq qərarlar veriləcəkdir. Xüsusilə energetika, nəqliyyat, investisiyaların qoyuluşu sahələrində əməkdaşlıq üçün çox gözəl perspektivlər vardır. Əminəm ki, Sizin səfəriniz bütövlükdə Serbiya-Azərbaycan əlaqələrinin inkişafı üçün çox əhəmiyyətli olacaqdır və Siz ölkənizə ən xoş arzularla, təəssüratlarla qayıdacaqsınız. Bir daha xoş gəlmisiniz. X X X Serbiya Respublikasının Prezidenti Tomislav NİKOLİÇ səmimi qəbul üçün minnətdarlığını bildirərək dedi: - Cənab Prezident, hesab edirəm ki, Serbiyanın Azərbaycana olan mehriban münasibətlərini əlavə şərh etməyə ehtiyac yoxdur. Bu dostluq Serbiyada kimin hakimiyyətdə olmasından asılı olmayaraq daimi olaraq qalır. Dünyanın Şərq hissəsində Azərbaycan Serbiya üçün çox etibarlı bir tərəfdaşa çevrilib. Müdrikliklə idarə etdiyiniz ölkədə vətəndaşlar azadlıq şəraitində yaşayır. Hesab edirəm ki, hər iki tərəf bu dostluqdan bəhrələnir və vaxt artıq gəlib yetişib ki, biz bu dostluğu konkret iqtisadi əməkdaşlığa çevirək. Serbiya əslində bunu hər zaman sizə təmənnasız edəcəkdir. Biz də istəyirik ki, siz bizə yardım edəsiniz ki, bu günə qədər apardığımız işlərin miqyasını daha da genişləndirək. Hesab edirəm ki, ölkələrimiz arasında olan birbaşa sərmayələr uzun perspektivli investisiyalara çevrilə bilər. 08 fevral 2013, 15:20
İlham Əliyevin və Serbiya Prezidenti Tomislav Nikoliçin təkbətək görüşü olmuşdur
more...
AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.