Fuad Balakişiyevdən, Bakı, Azərbaycan
Text size
08 fevral 2013, 15:00
Möhtərəm Prezident!
Bu dəqiqələrdə Azərbaycanın ilk telekommunikasiya peyki orbitə havalanmaqdadır və mən Azərbaycan vətəndaşı olaraq bu məktubu Sizə yazmağı özümə borc bilirəm. Bu, Sizin timsalınızda Azərbaycanımızın uğurudur. Bu münasibətlə Sizi ürəkdən təbrik edirəm. Bu böyük hadisənin reallaşmasında əvəzsiz xidmətinizə görə Sizə dərin minnətdarlığımı bildirir və bu qüruru bizə bəxş etdiyiniz üçün Sizə bir daha təşəkkür edirəm. Gələcəkdə bundan da uğurlu hadisələri bizə yaşadacağınıza əminəm. Sizə bir daha təşəkkür edirəm. Sizinlə fəxr edirik!
Hörmətlə,
Balakişiyev Fuad Mülhazil oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri.