|
08 fevral 2013, 23:10
İlham Əliyevin adından Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçin şərəfinə rəsmi ziyafət verilmişdir
Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Serbiya Prezidenti Tomislav Nikoliçin və xanımı Dragitsa Nikoliçin şərəfinə rəsmi ziyafət verilmişdir. Serbiya Prezidentini və nümayəndə heyətini bir daha Bakıda salamlayan Prezident İlham Əliyev qarşılıqlı səfərlərin ikitərəfli əməkdaşlığın inkişafına və münasibətlərin yeni müstəviyə yüksəlməsinə təkan verəcəyini bildirdi. 2011-ci illə müqayisədə 2012-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin bir neçə dəfə artdığını bildirən dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan Serbiyaya sərmayə qoyuluşunda yaxından iştirak edir və bu fəaliyyət iqtisadi əlaqələrin inkişafından xəbər verir. Bu səfər çərçivəsində imzalanan sənədlərin ikitərəfli əlaqələrin inkişafına zəmin yaratdığını deyən Prezident İlham Əliyev Serbiya-Azərbaycan mədəni və humanitar əlaqələrinin inkişafının məmnunluq doğurduğunu diqqətə çatdırdı. Bildirdi ki, ölkələrimiz, həmçinin beynəlxalq və regional təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq edir. Beynəlxalq terrorizmə qarşı mübarizə və regionlarımızda sabitliyin möhkəmləndirilməsində, ərazi bütövlüyü məsələlərində mövqelərimizin üst-üstə düşdüyünü vurğulayan Prezident İlham ƏLİYEV dedi: - Azərbaycan regionda təhlükəsizliyin, sabitliyin, inkişafın və əməkdaşlığın tərəfdarıdır. Lakin regionun ən ağrılı problemi - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmamış qalır. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi - tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon işğal olunmuş, bu ərazilərdə etnik təmizləmə siyasəti aparılmış və bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Dünya birliyi və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq normalara uyğun, ədalətli həllinin tərəfdarıdır. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, ATƏT, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, NATO və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri vardır. Bizim qəti mövqeyimiz bundan ibarətdir ki, münaqişə ancaq beynəlxalq hüquq normalarına uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. X X X Yüksək qonaqpərvərliyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən Serbiya dövlətinin başçısı Tomislav Nikoliç bu səfərin ölkələrimiz arasındakı münasibətlərin bütün sahələrdə dərinləşməsinə xidmət etdiyini bildirdi. İqtisadi sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətinə toxunan Tomislav Nikoliç qeyd etdi ki, Serbiya və Azərbaycanı xalqlarımız arasında olan yaxın əlaqələrin tarixi və strateji tərəfdaşlığa bağlılıq birləşdirir. Serbiya dövlətinin başçısı ölkələrimiz arasında mədəni, elmi və digər sahələrdə münasibətlərin inkişafının vacibliyini bildirdi. Serbiyanın Azərbaycan ilə dialoq və əməkdaşlığın inkişaf etdirilməsində hər zaman maraqlı olduğunu qeyd edən Prezident Tomislav NİKOLİÇ dedı: - Təmsil etdiyim ölkə üçün Azərbaycan dövlətlərimizin ərazi bütövlüyü məsələsində bizimlə eyni mövqeni paylaşan, son dərəcə vacib və yaxın bir tərəfdaşdır. Azərbaycan kimi Serbiya da çətinliklərlə üz-üzə gəlməkdədir və bu çətinliklərə, habelə bölgəmizdə yerləşən bütün ölkələrə ardıcıl, konstruktiv, adekvat və dostyana tərzdə yanaşmağa çalışır. Digər dövlətlər kimi biz də ölkəmizin ərazi bütövlüyünü, ləyaqətini və qanunlarını təhlükə altına qoya bilmərik. Buna baxmayaraq, biz yenə də dialoqun aparılmasına və bölgəmizdə hazırda mövcud olan ziddiyyətlərin ən mükəmməl və düzgün üsullarla həll olunmasına tam hazırıq. Serbiya Prezidenti əmin olduğunu bildirdi ki, xalqlarımız və ölkələrimiz arasında qurulan münasibətlər qarşılıqlı anlaşma və dəstəyin davamlı təkmilləşməsinin nümunəsi olaraq qalacaqdır. ![]() 08 fevral 2013, 20:00
Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliç Heydər Əliyev Fondunda olmuşdur
more...
AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.