|
10 fevral 2013, 13:30
İran İslam Respublikasının Prezidenti Zati-aliləri cənab Mahmud Əhmədinejada
Hörmətli cənab Prezident, İran İslam Respublikasının milli bayramı - İnqilab günü münasibətilə Sizə və Sizin simanızda qardaş İran xalqına ən səmimi təbriklərimizi yetirməkdən məmnunluq duyuram. Tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımız arasındakı münasibətlərin xoş ənənələri bu gün də davam etməkdədir. Qarşılıqlı etimad, inam və dəstəyə əsaslanan münasibətlərimiz, həmçinin ortaq mənəvi dəyərlərimizdən güc alır. Əminəm ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında belə möhkəm təməllər üzərində qurulmuş münasibətlər ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın daha da inkişaf etdirilməsi üçün gözəl zəmin olacaqdır. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İran xalqına əmin-amanlıq və firavanlıq diləyirəm. Hörmətlə,
İlham Əliyev AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.