Gerb

11 fevral 2013, 12:15

Möhtərəm cənab Prezident!

Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılması münasibəti ilə Sizi ürəkdən təbrik edirəm. “Azerspace-1” peykinin orbitə buraxılması ilə Azərbaycan beynəlxalq aləmdəki gücünü bir daha ortaya qoymuş oldu.

Əziz Prezident, apardığınız uğurlu daxili və xarici siyasət sayəsində vətənimiz beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirməkdədir. Xalqımız, dövlətimiz üçün etdikləriniz göz önündədir. Vətənimizin uğurlarının daimi olması və dünya dövlətləri sırasında mövqeyinin gündən-günə möhkəmlənməsi naminə fəaliyyətinizdə Sizə möhkəm cansağlığı və uğurlar arzu edirəm.

Dərin hörmətlə,

Qurbanov Faiq Yusif oğlu,
Gənclər və İdman idarəsi.

Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu.