|
11 fevral 2013, 14:00
İlham Əliyev Fransanın keçmiş Baş naziri və ticarət məsələləri üzrə vəkilini qəbul etmişdir
Prezident İlham Əliyev Fransa Respublikasının keçmiş Baş naziri və ticarət məsələləri üzrə vəkili Dominik de Villpeni qəbul etmişdir. Fransanın keçmiş Baş naziri və ticarət məsələləri üzrə vəkili Dominik de Villpen ölkəmizdə gedən yüksək inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi. O, Azərbaycanın ilk süni peykinin orbitə çıxarılması münasibətilə dövlətimizin başçısını təbrik etdi. Əməkdaşlığımızın daha da genişləndirilməsi ilə bağlı çoxlu birgə layihələrin olduğunu vurğulayan Dominik de Villpen ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksələcəyinə ümidvar olduğunu bildirdi. Fransalı qonaq “Eurovison” mahnı müsabiqəsindən sonra ilk Avropa Oyunlarının Bakıda təşkilini mühüm addım kimi dəyərləndirdi. Dominik de Villpen Qərb ilə Şərq arasında körpü rolunu oynayan Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyadakı rolunun mühüm əhəmiyyətini qeyd etdi. Dövlət başçısı Azərbaycanın ilk süni peykinin orbitə çıxarılması ilə bağlı Fransanın informasiya texnologiyaları şirkətlərinin göstərdikləri dəstəyi yüksək qiymətləndirdi. Prezident İlham Əliyev Fransanın müxtəlif şirkətlərinin ölkəmizdəki fəaliyyətinin önəmini qeyd etdi. Dövlətimizin başçısı Azərbaycan ilə Fransa arasında uzunmüddətli əməkdaşlıq layihələrinin əhəmiyyətini vurğuladı. ![]() AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.