|
13 fevral 2013, 13:30
T.Qurbanov və başqalarından, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident! Sizin göstəriş və tapşırıqlarınıza əsasən Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı proqrama uyğun olaraq Binəqədi rayonu Biləcəri qəsəbəsində genişmiqyaslı yenidənqurma və abadlıq işləri aparılır. Yaşadığımız A.Zeynallı və M.Mikayılov küçələrində ötən ilin ikinci yarısından başlayaraq bütün yeraltı və yerüstü kommunikasiya xətləri dəyişdirilmiş, avtomobil yolları əsaslı təmir edilərək asfalt örtüyü döşənmişdir. Səkilər genişləndirilmiş, yolun kənarları yenidən qurulmuşdur. Hazırda küçəmiz işıqlı və geniş, gediş-gəliş üçün rahat və təhlükəsizdir.
Möhtərəm Prezident, vətəndaşlara yaradılmış rahatlığa, onlara göstərilən diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildiririk.
T.Qurbanov Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi. 13 fevral 2013, 14:00
İlham Əliyev “SOS” Kinderdorf İnternational” təşkilatının prezidentini qəbul etmişdir
more...
AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.