Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Maqsim Xudaverdiyevdən, Göygöl, Azərbaycan

Text size Plus Minus

14 fevral 2013, 12:20

Hörmətli cənab Prezident!

Fevralın 12-də regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı nitqinizi ürəkdən alqışlayırıq. Siz bəzi məmurların özbaşınalığını, əhalini incitməsini çox ciddi şəkildə tənqid etdiniz. Əminik ki, bu, həmin qəbildən məmurlara ciddi dərs oldu. Mən Sizin nitqinizi dinlədikcə ulu öndərimiz Heydər Əliyevin prinsipial, qətiyyətli, nöqsanlarla barışmaz mövqeyini xatırladım. Siz onun inkişaf xəttini uğurla davam etdirirsiniz.

Məhz buna görə, Sizə minnətdarlığımı bildirir, uzun ömür və möhkəm cansağlığı arzulayıram.

Hörmətlə,


Xudaverdiyev Maqsim Qasım oğlu
“Həmişəbahar” kooperativinin sədri

Azərbaycan Respublikası, Göygöl rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi