Gerb

14 fevral 2013, 12:40

Möhtərəm cənab Prezident!

Sizin fevralın 12-də keçirdiyiniz konfransdakı nitqinizdə söylədiyiniz fikirləri ürəkdən müdafiə edirik. Bəzi məmurların ünvanına tutduğunuz iradlar və prinsipial tənqidiniz xalqın ürəyindən keçən fikirlərdir. Mən ailə üzvlərimlə, bütün qohumlarımla Sizi dəstəkləyirik. Bu yolda Sizə uzun ömür, cansağlığı, ailə səadəti, fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq. 2008-ci ildə prezident seçkilərində Sizin vəkiliniz olmuşam və qarşıdan gələn yeni seçkilərdə də vəkiliniz kimi fəaliyyət göstərəcəyəm. Biz Sizin siyasi xəttinizi dəstəkləyir və bütün ümidlərimizi Sizinlə bağlayırıq.

Hörmətlə,

Qasımov Hacı Arif Əmrah oğlu
“Arif-50” firmasının direktoru

Azərbaycan Respublikası, Ağcabədi rayonu.