Gerb

14 fevral 2013, 17:00

Hörmətli cənab Prezident!

Ölkəmizdə gedən inkişaf proseslərinə, əhaliyə göstərdiyiniz qayğıya görə öz adımdan və ailəm adından Sizə təşəkkürümüzü bildirirəm. Biz daim Sizi dəstəkləyirik. Bir gənc olaraq ölkəmizdəki yenilikləri, haqq-ədaləti gördükcə fəxarət hissi keçirirəm. Gənclərə göstərdiyiniz diqqətə və qayğıya, bizim üçün yaratdığınız şəraitə görə Sizə minnətdarlığımızı bildiririk. Mən də bu vətənin övladı, gənci olaraq xalqıma, vətənimə yararlı vətəndaş olmaq üçün əlimdən gələni edəcəyəm.

Anam da Sizə minnətdardır, daim Sizə dua edir, baxmayaraq ki, o fəhlə işləyir, təhsili yoxdur. Amma öz işini yüksək məsuliyyətlə yerinə yetirir.

Allah Sizə kömək olsun, Sizi qorusun! İnanıram ki, Sizin rəhbərliyiniz altında işğal altında olan torpaqlarımız da tezliklə sülh yolu ilə azad ediləcəkdir.

Ailəmiz adından bir daha Sizə işlərinizdə müvəffəqiyyətlər arzulayıram. Çox sağolun!

Hörmətlə,

Qəhrəmanlı Səadət.

Azərbaycan Respublikası, Bakı şəhəri, Müşfiqabad qəsəbəsi.