|
14 fevral 2013, 17:15
İlham Əliyev Küveyt Dövləti Baş nazirinin müavini, xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
Prezident İlham Əliyev Küveyt Dövləti Baş nazirinin müavini, xarici işlər naziri Şeyx Sabah Əl-Xalid Əl-Hamad Əl-Sabahın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Dövlət başçısı Azərbaycan ilə Küveyt arasında ikitərəfli əməkdaşlığın müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluğunu ifadə etdi. Prezident İlham Əliyev Küveyt Dövlətinin Baş nazirinin müavini, xarici işlər naziri Şeyx Sabah Əl-Xalid Əl-Hamad Əl-Sabahın Azərbaycana səfərinin ölkələrimiz arasında münasibətlərin bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, ticarət və mədəni sahələrdə daha da gücləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi. Dövlətimizin başçısı Azərbaycan ilə Küveyt arasında mövcud tərəfdaşlıq əlaqələrinin gələcək illərdə də uğurla inkişaf edəcəyini əminliklə qeyd etdi. Baş nazirin müavini, xarici işlər naziri Şeyx Sabah Əl-Xalid Əl-Hamad Əl-Sabah Küveyt Dövlətinin Əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın salamlarını və məktubunu dövlətimizin başçısına çatdırdı. Qonaq ölkələrimiz arasında əməkdaşlığın genişlənməsində Azərbaycan-Küveyt hökumətlərarası birgə komissiyanın fəaliyyətinin əhəmiyyətini qeyd etdi. O, Azərbaycana səfərinin ikitərəfli münasibətlərimizin gələcək inkişafı ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini deyən qonaq münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsinin vacibliyini qeyd etdi. Şeyx Sabah Əl-Xalid Əl-Hamad Əl-Sabah ölkələrimizin özəl strukturları arasında da əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğuladı. Prezident İlham Əliyev Küveyt Dövlətinin Əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın salamlarına və məktubuna görə minnətdarlığını bildirdi, onun da salamlarını Küveyt Dövlətinin Əmirinə çatdırmağı xahiş etdi. Küveyt Dövlətinin Əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahla görüşünü məmnunluqla xatırlayan Prezident İlham Əliyev əlaqələrimizin möhkəmlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini vurğuladı. Görüşdə parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyi bildirildi, birgə infrastruktur layihələrinin əhəmiyyəti qeyd olundu, ölkələrimizin müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə dəstək vermələrinin önəmi vurğulandı və bu əməkdaşlığın daha da genişlənəcəyinə əminlik ifadə olundu. ![]() 14 fevral 2013, 18:25
Serbiya Respublikasının Prezidenti Zati-aliləri cənab Tomislav Nikoliçə
more...
AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
17 oktyabr 2013, 14:38
Yunanıstanın Baş naziri Antonis Samaras Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.