Gerb

15 fevral 2013, 13:10

Hörmətli cənab Prezident!

Milli peykimizin orbitə buraxılması münasibətilə Sizi təbrik edirəm. Sizin rəhbərliyiniz altında ölkəmiz sürətlə inkişaf etməkdədir. Ölkəmizdə elə bir sahə tapmaq olmaz ki, orada inkişaf olmasın. Həyata keçirilən beynəlxalq investisiya layihələri ölkəmizi regionda və dünya miqyasında tanıtmışdır. Azərbaycan artıq sərmayə yatıran ölkəyə çevrilmişdir ki, bu da Sizin uzaqgörən, düşünülmüş siyasətinizin nəticəsində baş vermişdir. Bu gün dünya dövlətləri ölkəmizlə əməkdaşlığa can atırlar. İlk süni peykimizin orbitə buraxılması da beynəlxalq əməkdaşlıq çərçivəsində baş vermişdir.

Çox hörmətli Prezident, ölkəmizin daha da qüdrətlənməsi və inkişafı naminə fəaliyyətinizdə Sizə yeni-yeni müvəffəqiyyətlər arzulayıram.

Hörmətlə,

Rzayev Xəyal Şiraslan oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri.