Hörmətli cənab Prezident!
Bu il fevralın 12-də keçirilən konfransdakı çıxışınızda vətəndaşlara hər yerdə hörmət edilməsini, kömək göstərilməsini dövlət qurumlarının əsas vəzifəsi kimi qarşıya qoymağınız, bunu yerinə yetirməyən məmurlara ciddi xəbərdarlıq etməyiniz hamımızın ürəyincə oldu. Siz həmişə xalq üçün, onun daha yaxşı yaşaması üçün yorulmadan çalışırsınız. Bu diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Çox hörmətli Prezident, Sizə möhkəm cansağlığı, ölkəmizin daha da inkişaf etməsi, güclənməsi naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
Hörmətlə,
Mirzəyev Mirələm Böyükkişi oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, İsgəndərov küçəsi, ev 3A, mənzil 17.