|
16 fevral 2013, 16:00
Azərbaycan Ağsaqqallar Şurasının VI qurultayına
Hörmətli qurultay iştirakçıları! Sizi Azərbaycan Ağsaqqallar Şurasının VI qurultayının keçirilməsi münasibətilə səmimi qəlbdən təbrik edir, ali toplantınızın işinə uğurlar arzulayıram. Azərbaycanda tarixin bütün mərhələlərində ağsaqqallar yüksək hörmət və nüfuz sahibi olmuş, cəmiyyətdə özünəməxsus yer tutmuşlar. Respublikamız müstəqillik qazandıqdan sonra ölkə həyatının bütün sahələrində onların rolu daha da artmışdır. Bu gün inamla qeyd etmək olar ki, dövlət müstəqilliyimizin möhkəmləndirilməsində, davamlı ictimai-siyasi sabitliyin bərqərar olmasında, elm, təhsil və mədəniyyətimizin inkişafında, gənc nəslin yetişməsi və formalaşmasında ağsaqqalların müstəsna xidmətləri vardır. Son illər Azərbaycan özünün mühüm inkişaf dövrünü yaşayır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş daxili və xarici siyasət, həyata keçirilən ardıcıl islahatlar ölkə iqtisadiyyatının dinamik inkişafını, nəhəng infrastruktur layihələrinin reallaşdırılmasını, Azərbaycanın sürətlə müasirləşməsini və əhalinin rifah halının yüksəldilməsini təmin etmişdir. Fərəhli haldır ki, respublikamızın sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında ağsaqqallar yaxından iştirak edir, dəyərli təşəbbüslər irəli sürürlər. Biz paytaxt və regionlarda genişmiqyaslı quruculuq işlərini həyata keçirərkən onların rəy və təkliflərini nəzərə alır, müdrik tövsiyələrinə istinad edirik. Yeniyetmə və gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində də ağsaqqalların böyük rolu vardır. Hesab edirəm ki, VI qurultayda aparılacaq müzakirələr və qəbul olunacaq qərarlar Ağsaqqallar Şurasının fəaliyyətinin genişlənməsinə, qurumun Azərbaycan cəmiyyətindəki nüfuzunun daha da artmasına, dövlət orqanları ilə əməkdaşlığının dərinləşməsinə yeni təkan verəcəkdir. Sizi bir daha qurultayınızın işə başlaması münasibətilə təbrik edir, hər birinizə uzun ömür, cansağlığı və ictimai fəaliyyətinizdə uğurlar arzulayıram.
İlham Əliyev AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.