Gerb

25 fevral 2013, 15:00

Möhtərəm Prezident!

İki yüz ildən artıq tarixi olan kəndimizin yolları çınqıllı, nahamar və narahat idi. Məhz Sizin regionların inkişafına göstərdiyiniz qayğı öz bəhrəsini verməkdədir. 2012-ci ildə Dəliməmmədli-Həmənli yolunun çəkilişinə dair imzaladığınız Sərəncama əsasən bu yolun çəkilişi artıq başa çatmış və yol kənd sakinlərinin istifadəsinə verilmişdir.

Siz ümummilli lider Heydər Əliyev cənablarının ideya-siyasi xəttinin layiqli davamçısı kimi gündən-günə çiçəklənən respublikamızı uğurlu gələcəyə aparırsınız. Buna görə Sizə kənd sakinləri adından dərin minnətdarlığımızı bildirir, Sizə uzun ömür, cansağlığı, ölkəmizin rifahı naminə gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.

Biz də öz növbəmizdə Sizin məqsədyönlü daxili və xarici siyasətinizi bəyənir və daim dəstəkləyirik.

Hörmətlə,

Səmədov Famil
Cavadov Şahvələd
Əliyev Azim
Vəliyev Dilqəm
Abbasov Səyyad və başqaları.

Azərbaycan Respublikası, Goranboy rayonu, Qaramusalı və Həmənli kəndləri.