Gerb

27 fevral 2013, 12:35

Möhtərəm cənab Prezident!

Yardımlı-Deman-Arvana yolunun tikintisinə vəsait ayrılması barədə imzaladığınız Sərəncama görə Sizə Yardımlı rayonu Avaş kənd ziyalıları adından və şəxsən öz adımdan dərin minnətdarlığımı bildirirəm. Sizin regionların sosial-iqtisadi inkişafına göstərdiyiniz diqqət və qayğı bizim Yardımlı rayonundan da yan keçməmişdir. Uzun illərdən bəri yararsız vəziyyətdə olan bu yolun yenidən qurulması həm kəndimizə gediş-gəlişi asanlaşdıracaq, həm də vaxt itkisinin qarşısını alacaqdır. Sizə bir daha təşəkkürümüzü bildirirəm.

Hörmətlə,

Abıyev Ramazan Xosrov oğlu.

kənd tam orta məktəbin direktoru.

Azərbaycan Respublikası, Yardımlı rayonu, Avaş kəndi.