|
27 fevral 2013, 13:50
İlham Əliyev Beynəlxalq Hərbi İdman Şurasının, həmçinin Kamerun Milli Olimpiya və İdman Komitəsinin prezidentini qəbul etmişdir
Prezident İlham Əliyev Beynəlxalq Hərbi İdman Şurasının, həmçinin Kamerun Milli Olimpiya və İdman Komitəsinin prezidenti Hamad Kalkaba Malboumu qəbul etmişdir. Hamad Kalkaba Malboum Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi. Beynəlxalq Hərbi İdman Şurasının Bakıda keçiriləcək çempionatının əhəmiyyətini qeyd edən Hamad Kalkaba Malboum yarışlarda 16 ölkənin milli hərbi komandasının və 100-ə yaxın nümayəndənin iştirak edəcəyini vurğuladı. O, 2019-cu ildə hərbçilər arasında növbəti yay oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı Beynəlxalq Hərbi İdman Şurasının təklifini dövlətimizin başçısına çatdırdı. Dövlət başçısı Bakıda keçiriləcək çempionatın yüksək səviyyədə təşkil ediləcəyinə ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev ölkəmizdə nüfuzlu beynəlxalq idman yarışlarının keçirilməsi üçün müasir idman infrastrukturunun yaradılması istiqamətində işlərin ardıcıl olaraq davam etdirildiyini dedi. Görüşdə Beynəlxalq Hərbi İdman Şurası ilə Azərbaycanın müvafiq qurumları arasında əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı. 25 fevral 2013, 17:00
MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının XVI iclasında İlham Əliyevin nitqi
more...
27 fevral 2013, 15:25
Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin rəsmi qarşılanma mərasimi olmuşdur
more...
AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.