|
28 fevral 2013, 14:20
İlham Əliyev Qəbələ Konqres Mərkəzində tikinti işlərinin gedişi ilə tanış olmuşdur
Prezident İlham Əliyev Qəbələ rayonuna səfəri çərçivəsində tikilməkdə olan Konqres Mərkəzində inşaat işlərinin gedişi ilə tanış olmuşdur. Dövlət başçısı mərkəzin planı və gələcək görüntülərini əks etdirən stendlərə baxdı. Prezident İlham Əliyevə məlumat verildi ki, 2,8 hektar ərazidə yerləşəcək mərkəzdə 1200 yerlik ikimərtəbəli konfrans zalı fəaliyyət göstərəcəkdir. Mərkəzin ərazisində avtomobil dayanacağı da yaradılacaqdır. Mərkəzin binasında daş hörgü və beton işləri başa çatdırılmış, metal konstruksiyalar quraşdırılmışdır. Hazırda binanın damı örtülür. Dövlət başçısının diqqətinə çatdırıldı ki, bu yeni sosial obyektə gedən yol çay yatağından keçir. Buraya gediş-gəlişi asanlaşdırmaq üçün həmin çay üzərində yeni körpü salınır. Bütövlükdə, müasir memarlıq üslubunda inşa olunan və ümumi sahəsi 10 min 200 kvadratmetr olacaq Konqres Mərkəzində yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılacaqdır. Prezident İlham Əliyev tikinti işlərinin keyfiyyətlə və vaxtında başa çatdırılması ilə bağlı tapşırıqlarını verdi. ![]() AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.