Gerb

01 mart 2013, 11:35

Möhtərəm cənab Prezident,

Zaqatala rayonunda 2012-ci ilin may ayında baş vermiş zəlzələ nəticəsində çoxlu sayda tikililər, evlər və digər sosial obyektlər dağılmış və ya qəzalı vəziyyətə düşmüşdü. Sizin göstərişiniz əsasında qısa müddət ərzində bu tikililər yeniləri ilə əvəzləndi və təmirə ehtiyacı olan evlər üçün maddi yardım verildi. Rayonda zəlzələdən zərər çəkmiş evlərin tikintisinə başlamaq məqsədi ilə torpaq sahələrinin dəqiqləşdirilməsi və sənədləşdirilməsi tam şəffaf və operativ şəkildə aparıldı.

Rayonumuzda 2 mindən artıq ev və iyirmiyə yaxın məktəb tikilmiş və tikinti işləri hələ də davam edir. Biz bilirik ki, bunların hamısı Sizin zəhmətinizin nəticəsidir. Biz zaqatalalılar qarşıdan gələn Prezident seçkilərində Sizdən başqa namizəd görmürük və tanımırıq. Rayonumuzun çətin günlərində göstərdiyiniz qayğıya görə Sizə minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Süleyman Arasov.

Azərbaycan Respublikası, Zaqatala rayonu, Car kəndi.