|
01 mart 2013, 14:10
İlham Əliyev Pakistanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir
Prezident İlham Əliyev Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İnayat Ullah Kakarı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir. Dövlət başçısı səfir İnayat Ullah Kakarın ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğuladı. Pakistan Prezidenti Asif Əli Zərdarinin İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən sammitində iştirakını yüksək qiymətləndirən Prezident İlham Əliyev onunla görüşü zamanı ikitərəfli münasibətlərimizlə bağlı məsələlər ətrafında apardıqları müzakirələri məmnunluqla xatırladı. Dövlət başçısı Azərbaycan ilə Pakistan arasında qardaşlıq və tərəfdaşlıq münasibətlərini daha da möhkəmləndirməyin önəmini vurğuladı. Prezident İlham Əliyev əlaqələrimizin möhkəmləndirilməsi istiqamətində göstərdiyi xidmətlərə görə İnayat Ullah Kakara təşəkkürünü bildirdi. Səfir İnayat Ullah Kakar ölkəmizdəki diplomatik fəaliyyətinə yaradılan yüksək şəraitə görə Azərbaycan hökumətinə və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi. AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
17 oktyabr 2013, 14:38
Yunanıstanın Baş naziri Antonis Samaras Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.