Gerb

01 mart 2013, 14:15

Hörmətli cənab Prezident!

Mən İsmayıllı rayonunda fermer təsərrüfatı ilə məşğul oluram. Rəhbəri olduğum “Həkəri çay” KFT bu il də yüksək keyfiyyətli buğda toxumu istehsal edib. Yüksək keyfiyyətli toxum istehsalçısı kimi mən də bu il yanvar ayında Türkiyənin İstanbul şəhərində keçirilən toxum istehsalçıları konfransında iştirak etmişəm. Həmin konfransda 15 dövlətdən gəlmiş toxumçular iştirak edirdilər. Toplantıda Azərbaycan nümayəndə heyətinin rəhbəri çıxışı zamanı ölkəmizdə gedən güclü inkişafdan və ölkə Prezidentinin sahibkarlara verdiyi güzəştlərdən və imtiyazlardan danışarkən gurultulu alqışlar səsləndi və hamı heyran qaldı. Həmin vaxt nümayəndə heyətinin hər bir üzvü kimi mənim də ürəyim sevinclə doldu.

Bu yaxınlarda Sizin rayon icra başçıları ilə keçirdiyiniz müşavirədə onlara verdiyiniz ciddi tapşırıqlar və tövsiyələr biz sahibkarları daha da səmərəli işləməyə ruhlandırdı. Mən bir Azərbaycan vətəndaşı kimi həmişə Sizin daxili və xarici siyasətinizi dəstəkləyirəm. Ona görə də bütün ailə üzvlərimiz adından Sizə minnətdarlığımı bildirir və fəxr edirəm ki, Sizin kimi Prezidentimiz var.

Hörmətlə,

Rüstəmov Dərgah Sabir oğlu,

“Həkəri çay” KFT MMC-nin sədri.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.