Gerb

18 sentyabr 2010, 14:26

“Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. Azərbaycanın neft sənayesində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verilsin:

Dəmirov Mirzəbaba Rzaxan oğlu
Əliyev Akif İsmayıl oğlu
Hüseynov Vaqif Qulu oğlu
Qubadov Hüseyn Həbib oğlu
Məmmədov Adil Muxtar oğlu
Rəsulov Asif Muxtar oğlu

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 sentyabr 2010-cu il