04 mart 2013, 18:15

Yadigar Muradovdan, Bakı, Azərbaycan

Möhtərəm Prezident!

“Azərbaycan Respublikasında “Milli Teatr Günü”nün təsis edilməsi haqqında” və “Azərbaycanda peşəkar milli teatrın yaranmasının 140 illiyi haqqında” imzaladığınız sərəncamlar müasir Azərbaycan teatrının formalaşması yolunda xüsusi rol oynamaqla yanaşı, teatr ictimaiyyətinin fəaliyyətində çox böyük stimul yaratmış oldu ki, bu da dövlətimizin, şəxsən Sizin Azərbaycan teatrına olan böyük diqqət və qayğınızın bariz nümunəsidir.

Azərbaycan teatr aləmində öz yeri olan Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivi də qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün bundan sonra da daha böyük əzmkarlıqla çalışacaq, Azərbaycan teatrının daha da inkişaf etdirilməsi və dünya arenasına çıxması naminə əlindən gələni əsirgəməyəcəkdir.

Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivi adından dərin hörmətlə,

Yadigar Muradov, direktor.

Azərbaycan Respublikası, Bakı şəhəri, S.S.Axundov küçəsi, 6.