|
04 mart 2013, 18:55
Hökümə Qurbanovanın 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2013-cü ildə böyük səhnə ustası, Azərbaycanın teatr və kino sənətinin görkəmli nümayəndəsi, SSRİ xalq artisti Hökümə Abbasəli qızı Qurbanovanın 100 illiyi tamam olur. Hökümə Qurbanova canlandırdığı romantik çalarlı və mübariz xarakterli qəhrəman qadın obrazları qalereyası ilə Azərbaycan xalqının mədəni sərvətlər xəzinəsini zənginləşdirmişdir. Yüksək istedada malik qüdrətli aktrisanın bənzərsiz yaradıcılığı sənətkarların yeni nəsli üçün məktəb olaraq qalmaqdadır. Azərbaycan mədəniyyətinin inkişafına dəyərli töhfələr vermiş SSRİ xalq artisti Hökümə Qurbanovanın 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə SSRİ xalq artisti Hökümə Qurbanovanın 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.