Gerb

20 sentyabr 2010, 18:26

«Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram: 

1. Azərbaycanda tibb təhsilinin və elminin inkişafında xidmətləri olan aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verilsin:

Abbasov Bəybala Xudkar oğlu
Topçubaşova Zemfira Mustafa qızı

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri 20 sentyabr 2010-cu il