|
06 mart 2013, 12:40
Tərlan Rəsulovdan, Bakı, Azərbaycan
Möhtərəm Prezident! Ölkəmizə rəhbərlik etdiyiniz ilk günlərdən Sizin Azərbaycanın mədəniyyətinə və incəsənətinə olan qayğınızı hiss etmişik. 2013-cü il martın 1-də Azərbaycan Respublikasında “Milli Teatr Günü”nün təsis edilməsi və Azərbaycanda peşəkar milli teatrının yaradılmasının 140 illiyi haqqında imzaladığınız sərəncamlar bütün teatr ictimaiyyəti tərəfindən sevinclə qarşılanmışdır. Bu, bir daha Sizin milli mədəniyyətin, xüsusilə milli teatr ənənələrinin qorunub saxlanmasına və inkişaf etdirilməsinə ayırdığınız diqqətin bariz nümunəsidir. Azərbaycan Dövlət Yuğ Teatrının kollektivi də bu qərara çox sevinmişdir. Sizi əmin edirik ki, mədəniyyət işçilərinə göstərdiyiniz etimadı doğruldacaq və teatr sənətinin inkişafı naminə əlimizdən gələni əsirgəməyəcəyik. Yuğ Dövlət Teatrının kollektivi adından Sizə bir daha təşəkkür edir, cansağlığı və uzun ömür arzulayıram.
Dərin hörmətlə, Azərbaycan Respublikası, Bakı şəhəri. AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.