|
06 mart 2013, 16:40
Aybəniz Həsənovadan, Bakı, Azərbaycan
Möhtərəm Prezident! 2013-cü il 4 mart tarixli Sərəncamınızla mənə verdiyiniz Azərbaycan Respublikasının “Əməkdar memarı” fəxri adına görə Sizə dərin təşəkkürümü bildirirəm. Çox sevindirici haldır ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Sizin böyük uğurla davam etdirdiyiniz siyasi kurs nəticəsində bu gün ölkəmizin imkanları müxtəlif sahələrdə xeyli artmış, Azərbaycan istənilən memarlıq nümunəsini yaratmağa qadir dövlətə çevrilmişdir. Azərbaycanda memarlıq abidələrinin qorunması və ölkəmizin tarixi simasını saxlamaqla müasirləşməsinə verdiyiniz böyük önəm bizi çox sevindirir. Bu gün ölkəmizdə bərpa edilmiş onlarla tarixi abidə, həyata keçirilmiş yeni memarlıq layihələri və imzaladığınız Sərəncam məhz bu diqqət və qayğını təcəssüm etdirir. Zati-aliləri, memarlara göstərdiyiniz hədsiz diqqət və qayğı biz memarları ölkəmizin daha da gözəlləşdirilməsi naminə fəaliyyətə ruhlandırır. Göstərdiyiniz diqqət və qayğıya görə Sizə bir daha dərin təşəkkürümü bildirir, Sizə və ailənizə möhkəm cansağlığı, məsul fəaliyyətinizdə müvəffəqiyyətlər arzu edirəm.
Dərin ehtiram və ən səmimi arzularla, Azərbaycan Respublikası, Bakı şəhəri. AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.