06 mart 2013, 18:46

Solmaz İsmayılova və başqalarından, Bakı, Azərbaycan

Biz, Xocalıdan olan şəhid ailələri Xətai rayonunda məskunlaşmışıq. Artıq o dəhşətli hadisədən 21 il ötür. Bizim şəhidlərimizin adına salınmış parkda hər il olduğu kimi bu il də çox geniş abadlıq işləri görülmüşdür. Hər il biz oraya gələrək şəhidlərimizi yad edirik. Siz də şəhidlərimizi yada salaraq, bizlərə böyük diqqət göstərirsiniz. Allahdan arzu edirik ki, şəhidlərimizin qanı yerdə qalmasın, torpaqlarımız azad edilsin. İnanırıq ki, Sizin rəhbərliyinizlə biz buna da nail olacağıq.

Bütün bunlara görə Sizə minnətdarlığımızı bildiririk.


Xocalıdan olan şəhid ailələri adından dərin hörmətlə,

İsmayılova Solmaz Əhməd qızı
Məmmədova Pərvanə Süleyman qızı
Əliyeva Vərziyar Mürşüd qızı
Hümbətova Səmayə Məhəmməd qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.