Gerb

11 mart 2013, 14:10

Möhtərəm Prezident!

Sizin ölkəmizə rəhbərlik etməyə başladığınız ilk gündən bölgələrin inkişafına göstərdiyiniz böyük diqqət və qayğı nəticəsində indi respublikamızın bütün rayonları, qəsəbə və kəndləri abadlaşdırılmış, əhalinin güzəranı yaxşılaşmışdır. Neftçala rayonunda da iqtisadiyyat inkişaf etmiş, yeni məktəblər, uşaq bağçaları və digər sosial yönümlü obyektlər tikilmiş, yaşayış məntəqələrinin elektrik enerjisi ilə təchizatı yaxşılaşdırılmış, qazla təmin olunmayan kəndlər qazlaşdırılmışdır. Keçən il Sizin Sərəncamınızla rayonun bir çox yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisi üçün maliyyə vəsaiti ayrılmışdır.
Hörmətli cənab Prezident, rayonumuzda aparılan quruculuq işlərinə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Qarşıdan gələn prezident seçkilərində Sizin namizədliyinizi dəstəkləyəcəyəm.

Dərin hörmətlə,

Xəlilov Əşrəf.

Azərbaycan Respublikası, Neftçala rayonu, Aşağı Surra kəndi.

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR