|
11 mart 2013, 15:30
Azərbaycan və Xorvatiya prezidentlərinin geniş tərkibdə görüşü olmuşdur
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Xorvatiya Prezidenti İvo Yosipoviçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur. Xorvatiya Prezidenti İvo Yosipoviç əlaqələrimizin siyasi, iqtisadi, mədəni sahələrdə uğurla inkişaf etdiyini bildirdi. İqtisadi sahədə əlaqələrimizin inkişafı üçün yaxşı potensialın olduğunu deyən Prezident İvo Yosipoviç enerji, mədəniyyət və turizm sahələrində münasibətlərin genişləndirilməsinin vacibliyini vurğuladı. İvo Yosipoviç Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həllinin Xorvatiya tərəfindən dəstəkləndiyini bildirdi. Azərbaycana səfərini məmnunluqla xatırlayan İvo Yosipoviç xalqımızın qədim tarixə və zəngin mədəniyyətə malik olduğunu bildirdi və həmin səfərdən zəngin təəssüratlarla ayrıldığını qeyd etdi. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan-Xorvatiya əməkdaşlığı siyasi, iqtisadi və digər sahələrdə inkişaf edir. Dövlətimizin başçısı ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsinin və əməkdaşlığın yeni sahələrinin müəyyən edilməsinin önəmini vurğuladı. Enerji sahəsində fəal əməkdaşlığın olduğunu deyən Prezident İlham Əliyev qeyd etdi ki, Avropanın enerji təhlükəsizliyinə töhfə verən Azərbaycan ilə Xorvatiya arasında bu sahədə əlaqələrin genişləndirilməsi vacibdir. Nəqliyyat sahəsində əlaqələrin perspektivlərinin yüksək olduğunu deyən Prezident İlham Əliyev mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişaf etdiyini və yeni layihələrin həyata keçirilməsinin planlaşdırıldığını bildirdi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verən Prezident İlham Əliyev Ermənistanın Azərbaycana təcavüzünün davam etdiyini bildirdi, beynəlxalq hüquq normalarına məhəl qoymayan Ermənistanın münaqişənin həlli ilə bağlı qeyri-konstruktiv mövqe nümayiş etdirdiyini söylədi. Prezident İlham Əliyev qarşılıqlı investisiyaların qoyulması baxımından ölkələrimiz arasında fəal əməkdaşlığın olduğunu dedi və gələcəkdə konkret layihələrin həyata keçirilməsinin vacibliyini vurğuladı. Görüşdə ikitərəfli əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə edildi. ![]() 11 mart 2013, 15:05
“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
more...
11 mart 2013, 15:35
“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 15 fevral tarixli 561-IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
more...
AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.