Gerb

20 sentyabr 2010, 19:20

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 20 sentyabr tarixində imzaladığı sərəncamları ilə Azərbaycan Respublikası Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik, Fövqəladə Hallar nazirliklərinin, Xüsusi Dövlət Mühafizə və Dövlət Sərhəd xidmətlərinin, habelə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin dövlət büdcəsindən maliyyələşdirilən qurumlarında çalışan hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə, onların aylıq vəzifə (tarif) maaşları 2010-cu il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılmışdır.