11 mart 2013, 16:05

Nemət Süleymanlıdan, Zaqatala, Azərbaycan

Hörmətli cənab Prezident!

Bildiyiniz kimi, 2012-ci il mayın 7-də Zaqatala rayonunda baş vermiş dəhşətli zəlzələ nəticəsində bölgəyə xeyli ziyan dəymiş, rayon sakinlərinin evləri dağılmış və ya yararsız vəziyyətə düşmüşdür. Şəxsən Sizin böyük diqqət və qayğınız nəticəsində evləri qəzalı vəziyyətə düşmüş vətəndaşlara yeni evlər tikilmiş, zərər çəkmiş evlərin təmirinə başlanılmışdır. Bizim Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən evimiz də qəzalı vəziyyətdə olduğu üçün sökülmüş və ailəmiz üçün yeni ikimərtəbəli, beşotaqlı evin tikintisi demək olar ki, başa çatmaq üzrədir.

Odur ki, cənab Prezident, ailəmizə göstərilmiş böyük qayğıya görə şəxsən öz adımdan və ailəm adından Sizə minnətdarlıq edir, uzun ömür, cansağlığı və müvəffəqiyyətlər arzulayıram.

Hörmətlə,

Süleymanlı Nemət.

Azərbaycan Respublikası, Zaqatala rayonu, Aşağı Tala kəndi.