Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, №7, maddə 444; 2006, №12, maddə 1029; 2007, №5, maddə 442, №6, maddə 562, №8, maddə 756; 2009, №12, maddə 948; 2010, №3, maddə 171; 2012, №7, maddə 643) aşağıdakı dəyişikliklər edilsin:
6-1.1.1-ci maddədə “Bayrağı altında üzmək hüququ (patent)” sözlər “Dövlət bayrağı altında üzmək hüququ” sözləri ilə əvəz edilsin;
15.2-ci maddədə “bayrağı altında” sözlərindən əvvəl “Dövlət” sözü əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 fevral 2013-cü il.