|
11 mart 2013, 19:10
İlham Əliyev Xorvatiya parlamentinin sədri Yosip Leko ilə görüşmüşdür
Xorvatiya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də parlamentin sədri Yosip Leko ilə görüşmüşdür. Görüşdə ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişafından məmnunluq ifadə olundu, qarşılıqlı səfərlərin önəmi vurğulandı. Bildirildi ki, Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiyaya bu səfəri əlaqələrimizin daha yüksək səviyyəyə çatdırılmasına töhfəsini verəcəkdir. Həmçinin parlamentlərarası əməkdaşlığın və dostluq qruplarının fəaliyyətinin ikitərəfli əlaqələrin möhkəmlənməsinə təkan verdiyi vurğulandı. Diqqətə çatdırıldı ki, Azərbaycan ilə Xorvatiya arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı potensial vardır. Görüşdə ölkələrimiz arasında əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə olundu. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.