|
11 mart 2013, 19:20
İlham Əliyev Xorvatiyanın Baş naziri Zoran Milanoviç ilə görüşmüşdür
Xorvatiya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Baş nazir Zoran Milanoviç ilə görüşmüşdür. Prezident İlham Əliyevi Xorvatiyanın Baş naziri Zoran Milanoviç qarşıladı. Xatirə şəkli çəkdirildi. Azərbaycan Prezidenti İlham Əliyev Fəxri qonaqlar kitabını imzaladı. Görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin mövcud səviyyəsindən məmnunluq ifadə olundu, Azərbaycan Prezidentinin səfərinin əməkdaşlığımızın gələcək perspektivləri baxımından önəmi vurğulandı. Enerji sahəsində yaxşı perspektivlərin olduğunun bildirildiyi görüşdə qeyri-enerji, nəqliyyat, turizm, qarşılıqlı investisiyaların qoyulması və digər sahələrlə bağlı layihələrin əhəmiyyətindən danışıldı. Bu səfərin həmin layihələrlə bağlı səmərəli müzakirələrin aparılması və konkret nəticələrin əldə olunması ilə bağlı əhəmiyyəti diqqətə çatdırıldı. Görüşdə ölkələrimiz arasında iqtisadi əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə olundu. Sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Xorvatiyanın Baş naziri Zoran Milanoviçin işçi naharı oldu. ![]() AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.