|
12 mart 2013, 16:30
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin XXIV Baş Məclisinə
Hörmətli qurultay nümayəndələri! Sizi salamlayır və növbəti ali toplantınızın işə başlaması münasibətilə ürəkdən təbrik edirəm. Respublikamızın müasir ictimai və sosial həyatında Qızıl Aypara Cəmiyyəti özünəməxsus yer tutur, humanizm və könüllülük prinsiplərinə əsaslanaraq qayğıya ehtiyac duyan insanlara lazımi yardım göstərir. Davamlı inkişaf dövrünü yaşayan Azərbaycan Respublikasında əhalinin sosial rifah halının təmin olunması hökumətin başlıca vəzifələrindən birini təşkil edir. Son illərdə sosial müdafiəyə ehtiyacı olan vətəndaşların, müharibə əlilləri və şəhid ailələrinin, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin və rifahının yaxşılaşdırılması istiqamətində əsaslı işlər görülmüşdür. Eyni zamanda, məruz qaldığımız təbii fəlakətlər - daşqın və zəlzələ nəticəsində ölkəmizdə təsərrüfatlara dəymiş ziyanın aradan qaldırılması, dağılmış yaşayış məntəqələrinin bərpası və yenidən qurulması sahəsində genişmiqyaslı tədbirlər həyata keçirilir. Biz bu problemləri kənardan heç bir yardım almadan, dövlətimizin yaratdığı iqtisadi potensiala arxalanaraq həll edirik. Azərbaycan Qızıl Aypara Cəmiyyəti də imkanları daxilində müəyyən sosial çətinliklərlə üzləşən vətəndaşlara maddi və mənəvi dəstək göstərir, bu sahədə üzərinə düşən vəzifələri yerinə yetirməyə çalışır. Hazırda Qızıl Aypara Cəmiyyətinin respublikamızdakı səmərəli fəaliyyəti üçün zəruri qanunvericilik bazası və əlverişli şərait yaradılmışdır. Qurumun nəcib məqsədlərinə və əməli fəaliyyətinə hörmət əlaməti olaraq Azərbaycan Prezidentinin Sərəncamı ilə hər il martın 10-u ölkəmizdə Qızıl Aypara Günü kimi qeyd olunur.
Ümidvaram ki, bugünkü Baş Məclisdə qəbul olunacaq qərarlar Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətinə yeni imkanlar açacaq, həm ölkə, həm də beynəlxalq miqyasda təşkilatın işini daha da gücləndirəcəkdir. Qurultay iştirakçılarına, Azərbaycanın bütün qızıl ayparaçılarına uğurlar, uzun ömür və möhkəm cansağlığı arzulayıram. 12 mart 2013, 17:10
“Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 1 fevral tarixli 554-IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
more...
AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.