Gerb

22 sentyabr 2010, 18:32

Əlahəzrət,

Əziz qardaşım,

Milli bayramınız – Krallıq elan edilməsi günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasındakı möhkəm dostluq və çoxşaxəli əməkdaşlıq münasibətləri daim inkişaf edəcək və genişlənəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, Səudiyyə Ərəbistanının qardaş xalqına əmin-amanlıq və rifah diləyirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 1 sentyabr 2010-cu il