|
12 mart 2013, 20:30
İlham Əliyev Azərbaycan tərəfindən Monteneqroda həyata keçiriləcək layihələrlə tanış olmuşdur
Prezident İlham Əliyev Monteneqronun Baş naziri Milo Dukanoviç ilə görüşdən sonra bu ölkədə Azərbaycan tərəfindən həyata keçiriləcək layihələrlə tanış olmuşdur. Podqoritsa şəhərinin meri Miomir Muqoşa Azərbaycan dövlətinin başçısına məlumat verdi ki, Monteneqroda fəaliyyət göstərən “AzMont” Azərbaycan-Monteneqro İqtisadi və Mədəni Mərkəzi və Azərbaycan Respublikasının Monteneqrodakı diplomatik nümayəndəliyi şəhərin mərkəzi küçələrindən birinə “Bakı” adının verilməsi barədə Podqoritsa şəhər meriyası qarşısında məsələ qaldırmışdır. Bu məsələ ilə bağlı Monteneqro Hökuməti, Mədəniyyət, Xarici İşlər və Avropaya İnteqrasiya nazirlikləri, Podqoritsa meriyası və şəhər parlamentinin üzvləri ilə aparılmış müzakirələr nəticəsində şəhər parlamenti 2013-cü il fevralın 12-də paytaxtın mərkəzi küçələrindən birinə “Bakı” adının verilməsinə dair müvafiq qərar qəbul etmişdir. Qərara əsasən, Podqoritsanın Mihail Lalic Bulvarından Sdutentska küçəsinə uzanan Meşe Selimoviç küçəsinin davamı olan küçəyə “Bakı” adı verilmişdir. Hazırda küçədə təmir işləri aparılır və “Bakı” sözü yazılmış lövhələr quraşdırılır. Bundan başqa, Azərbaycan xalqının görkəmli şairi və dramaturqu Hüseyn Cavidin xatirəsinin Avropa ölkəsində əbədiləşdirilməsinin vacibliyini nəzərə alaraq, “AzMont” Azərbaycan-Monteneqro İqtisadi və Mədəni Mərkəzi və Azərbaycan Respublikasının Monteneqrodakı diplomatik nümayəndəliyi Podqoritsa şəhərində böyük ədibin büstünün ucaldılması təşəbbüsü ilə çıxış etmişdir. Monteneqro Hökuməti, Mədəniyyət, Xarici İşlər və Avropaya İnteqrasiya nazirlikləri, Podqoritsa meriyası və şəhər parlamentinin üzvləri ilə aparılmış müzakirələr nəticəsində 2012-ci il dekabrın 26-da şəhər parlamentində paytaxtın “Kral parkı”nda dahi Azərbaycan ədibi Hüseyn Cavidin büstünün qoyulmasına dair mütləq səs çoxluğu ilə qərar qəbul olunmuşdur. “Kral parkı” şəhərin mərkəzində - Prezident Administrasiyasının, Parlamentin, Nazirlər Kabinetinin və Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin binalarının yaxınlığında yerləşir. Layihəyə əsasən, parkda Hüseyn Cavidin büstünün qoyulması, giriş qapısında Azərbaycan və Monteneqro gerblərinin vurulması, xalqımızın milli memarlıq üslubundan geniş istifadə olunması nəzərdə tutulur. Podqoritsa şəhər parlamentinin 2013-cü il fevralın 12-də qəbul edilmiş qərarına əsasən, Hüseyn Cavidin bürüncdən büstü ağ mərmər postamentin üzərində qoyulacaqdır. ![]() AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.