Gerb

22 sentyabr 2010, 22:57
1601

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatları dövlət katibinin Avrasiya energetika məsələləri üzrə nümayəndəsi Riçard Morninqstar ilə görüşmüşdür.

Görüşdə Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında energetika sahəsində əməkdaşlıq və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər müzakirə olunmuşdur.

Görüşdə Amerika Birləşmiş Ştatları dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Filip Qordon da iştirak etmişdir.