13 mart 2013, 20:15

Coşqun Mayılovdan, Siyəzən, Azərbaycan

Möhtərəm Prezident!

Son illər respublikamızın hər yerində olduğu kimi, Siyəzən rayonunda da tikinti, abadlıq və quruculuq işləri geniş vüsət almışdır. Rayonumuza olan diqqət və qayğınız nəticəsində Siyəzən gündən-günə dəyişir, inkişaf edir. Şəhərimizdə çoxmərtəbəli yaşayış binaları təmir edilir, şəhərdaxili və kəndarası yollar çəkilir, küçələr işıqlandırılır. Rayon ərazisində məktəb və uşaq bağçaları tikilir, yeni iş yerləri yaradılır ki, bütün bunlar insanların həyat səviyyəsinin yüksəlməsinə səbəb olur.

Hörmətli cənab Prezident, biz siyəzənlilər həmişə Sizin qayğınızı hiss edir və apardığınız sosial-iqtisadi, daxili və xarici siyasəti dəstəkləyirik. Sizin apardığınız uğurlu kadr siyasətini rayonumuzun timsalında qabarıq şəkildə görürük. Bu gün rayonumuzda fəaliyyət göstərən bütün əmək kollektivləri sıx birləşərək Siyəzənin inkişafı üçün var qüvvələri ilə çalışırlar.

Çox hörmətli Prezident, ölkəmizin daha da inkişaf etdirilməsi naminə fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzu edirik. Əminik ki, Sizin rəhbərliyinizlə respublikamız dünyanın ən qüdrətli dövlətlərindən birinə çevriləcəkdir.

Siyəzənlilər adından dərin hörmətlə,

Mayılov Coşqun Fizuli oğlu.

Azərbaycan Respublikası, Siyəzən rayonu, Heydər Əliyev küçəsi, 37.