|
15 mart 2013, 17:30
Roma Papası Fransisk Həzrətlərinə
Zati-müqəddəsləri, Roma Papası seçilməyiniz münasibətilə Sizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Zəngin tolerantlıq ənənələrinə malik Azərbaycan müxtəlif din və etiqadlara mənsub insanların mehriban və qarşılıqlı hörmət şəraitində yaşadığı bir ölkədir. Ümidvaram ki, dünyada sülhün, sabitliyin qorunub saxlanması, insanlar arasında qarşılıqlı anlaşma, dəstək və həmrəyliyin bərqərar olmasına yönəlmiş səmimi dialoqumuzu bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Bu baxımdan Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı sivilizasiyalar və dinlərarası dialoqun, tolerantlığın təşviqinə yönəlmiş əməkdaşlığımızın hazırkı səviyyəsi məmnunluq doğurur. Sizə möhkəm cansağlığı, uzun ömür, ümumbəşəri dəyərlərin təntənəsi və müqəddəs amallar naminə qarşıdakı ali missiyanızda uğurlar, həmməzhəblərinizə əmin-amanlıq və rifah diləyirəm. Hörmətlə,
İlham Əliyev AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.