|
15 mart 2013, 18:00
Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik
Hörmətli həmvətənlər! Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, səadət və gələcək işlərinizdə yeni-yeni uğurlar arzulayıram. Keçmişimizin ən dərin qatlarından gələn Novruz bayramı xalqımızın mənəviyyat dünyasının ayrılmaz hissəsi olub, Odlar diyarında həmişə uca tutulmuşdur. Azərbaycanı qədim sivilizasiyanın mərkəzlərindən biri kimi tanıdan misilsiz dəyərlərimiz sırasında müqəddəs Novruz ənənələri müstəsna mövqeyə malikdir. Ötən dövrlərin təqib və təzyiqlərinə baxmayaraq, həmin ənənələri günümüzədək layiqincə qoruyub saxlaması xalqımızın bəşər mədəniyyəti qarşısında müstəsna xidmətlərindəndir. Novruz bayramının muğam və aşıq sənəti ilə yanaşı, YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsərləri sırasına daxil edilməsi əslində hər bir azərbaycanlının nailiyyətidir. Bahar bayramı ərəfəsində paytaxt və bölgələrdə keçirilən Üçüncü Beynəlxalq Muğam Festivalı da böyük tarixi-mədəni irsimizi bütün zənginliyi ilə bir daha nümayiş etdirmək imkanı verdi. Nəhəng infrastruktur layihələrinin ardıcıl gerçəkləşməsinin nəticəsi olaraq sürətlə modernləşən ölkəmizdə Yaz bayramı mədəni irsə qayğıkeş münasibətin və ənənəvi dəyərlərə bağlılığın rəmzinə çevrilmişdir. Müstəqil Azərbaycanın dinamik inkişafla səciyyələnən müasir həyatı və yurdun bütün guşələrini əhatə edən genişmiqyaslı quruculuq-abadlıq işləri isə bayramın yeniləşdirici ab-havası ilə həmahəngdir. Bu əziz günlərdə mən hamınıza bahar əhval-ruhiyyəsi arzu edirəm. Azərbaycançılıq məfkurəsi ətrafında milli həmrəylik duyğusu ilə sıx birləşən və ölkəmizin hüdudlarından kənarda bayramı bizimlə birgə qarşılayan soydaşlarımıza salamlarımı yetirirəm. Qoy bu bayram hər ailəyə bol ruzi-bərəkət və xoş ovqat gətirsin!
Novruz bayramınız mübarək olsun! AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.