|
15 mart 2013, 21:40
Masallı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndinə uyğun olaraq qərara alır: Masallı rayonunun inzibati ərazi bölgüsündə qismən aşağıdakı dəyişikliklər edilsin: 1. Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Dadva, Digah, İsgəndərli, Seybətin kəndləri, Banbaşı kənd inzibati ərazi dairəsi tərkibindəki Kosagül kəndi və Təklə kənd inzibati ərazi dairəsi tərkibindəki Masallı qəsəbəsi ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılsın. 2. Ərkivan qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Ərkivan qəsəbəsinin ərazisindən 245,72 ha (bundan bələdiyyə mülkiyyətində olan 5,72 ha və xüsusi mülkiyyətdə olan 240,0 ha), Şərəfə kənd inzibati ərazi dairəsi tərkibindəki Ağakişibəyli kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 14,62 ha və Şərəfə kəndinin ərazisindən 248,0 ha (bundan bələdiyyə mülkiyyətində olan 5,0 ha və xüsusi mülkiyyətdə olan 243,0 ha), Banbaşı kənd inzibati ərazi dairəsi tərkibindəki Banbaşı kəndinin ərazisindən 44,20 ha (bundan bələdiyyə mülkiyyətində olan 1,0 ha və xüsusi mülkiyyətdə olan 43,20 ha), Sığdaş kənd inzibati ərazi dairəsi tərkibindəki Babakücə kəndinin ərazisindən xüsusi mülkiyyətində olan 14,9 ha, Ninəlov kəndinin ərazisindən xüsusi mülkiyyətdə olan 9,2 ha və Sığdaş kəndinin ərazisindən 40,60 ha (bundan bələdiyyə mülkiyyətində olan 4,0 ha və xüsusi mülkiyyətdə olan 36,60 ha), Kalinovka kənd inzibati ərazi dairəsi tərkibindəki Öncəqala kəndinin ərazisindən 29,49 ha (bundan dövlət mülkiyyətində olan 24,49 ha, bələdiyyə mülkiyyətində olan 3,0 ha və xüsusi mülkiyyətdə olan 2,0 ha), Qodman kənd inzibati ərazi dairəsi tərkibindəki Qodman kəndinin ərazisindən 41,33 ha (bundan bələdiyyə mülkiyyətində olan 1,0 ha və xüsusi mülkiyyətdə olan 40,33 ha) torpaq sahələri, habelə ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış Dadva kəndinin 401,0 ha təşkil edən ərazisi, Digah kəndinin 438,0 ha təşkil edən ərazisi, İsgəndərli kəndinin 188,0 ha təşkil edən ərazisi, Seybətin kəndinin 312,0 ha təşkil edən ərazisi və Kosagül kəndinin 160,03 ha (bundan bələdiyyə mülkiyyətində olan 94,0 ha və xüsusi mülkiyyətdə olan 66,03 ha) təşkil edən ərazisi bütövlükdə bu Qanuna əlavə edilmiş xəritələrə uyğun olaraq, Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilsin. 3. Ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış Masallı qəsəbəsinin dövlət mülkiyyətində olan 58,8 ha təşkil edən ərazisi bütövlükdə bu Qanuna əlavə edilmiş xəritələrə uyğun olaraq, Təklə kənd inzibati ərazi dairəsi tərkibindəki Mollahəsənli kəndinin inzibati ərazisinə birləşdirilsin. 4. Öncəqala və Hüseynhacılı kəndləri Kalinovka kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Öncəqala kəndi olmaqla, Öncəqala kənd inzibati ərazi dairəsi yaradılsın və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilsin. 5. Allahyarlı kəndi Yeyənkənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq Ərkivan qəsəbə inzibati ərazi dairəsi tərkibinə verilsin.
İlham Əliyev AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.