Gerb

24 sentyabr 2010, 15:35

Çox hörmətli İlham Heydər oğlu!

Mənə “Azərbaycan Respublikasının Əməkdar Artisti” fəxri adı verilməsi ilə əlaqədar, mənim yaradıcılıq fəaliyyətimin yüksək qiymətləndirilməsinə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizi əmin edirəm ki, respublikamızı və onun mədəniyyətini bütün dünyada layiqincə təmsil etmək üçün bundan sonra da maksimum səy göstərəcəyəm.

Sizə, Sizin doğmalarınıza və yaxınlarınıza möhkəm cansağlığı, sevimli respublikamıza və onun xalqına firavanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

Dinara Əliyeva
Rusiya Böyük Teatrının solisti

Rusiya Federasiyası, Moskva şəhəri.