|
18 mart 2013, 18:00
İlham Əliyev Mərakeş Krallığının daxili işlər nazirini qəbul etmişdir
Prezident İlham Əliyev Mərakeş Krallığının daxili işlər naziri Mohaned Lanseri qəbul etmişdir. Daxili işlər naziri Mohaned Lanser Mərakeş Kralı VI Məhəmmədin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. Mohaned Lanser “Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi ” mövzusunda Bakıda keçirilən Beynəlxalq konfransın yüksək səviyyədə təşkil olunmasına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. 2006-cı ildə ölkəmizə səfər etdiyini xatırlayan qonaq ötən dövr ərzində paytaxtımızda böyük inkişafın şahidi olduğunu dedi. Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Mərakeş Krallığı arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığının və bir-birilərini daim dəstəkləməsinin önəmini qeyd etdi. Prezident İlham Əliyev Kral VI Məhəmmədin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Mərakeş Kralına çatdırmağı xahiş etdi. AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
17 oktyabr 2013, 14:38
Yunanıstanın Baş naziri Antonis Samaras Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.